Gəncədə uşaq evində amansız şiddət…Uşağın Üzünə dağ çəkdilər…

Daha bir körpəyə qarşı amansız davranış barədə məlumat yayılıb.
Sosial şəbəkələrdə yayılan məlumata görə, Gəncədə 31 saylı uşaq evində 1 yaş 6 aylıq Saranın üzünə dağ çəkilib.
Onun uşaq evinin müəllimi olan Gülnarə adlı qadın tərəfindən şiddətə məruz qaldığı bildirilir.
Yayılan məlumata görə, ekspertiza faktı təsdiqləsə də bağça rəhbərliyi bunun yalan olduğunu iddia edir.
Məsələni diqqətdə saxlayacağıq.(oxu.az)

Share: