Söz adamını yalnız yazdıqları ilə ölçmək olmur – Əkbət QOŞALI yazdı

Söz adamını yalnız yazdıqları ilə ölçmək olmur – Əkbət QOŞALI yazdı

Rauf Arifoğlu – 60

Müstəqil.az Əkbər Qoşalının əməkdar jurlalist Rauf Arifoğlunun 60 illik yubileyinə yazdığı yazını yayınlayır

Rauf Arifoğlunun altmış yaşı – müstəqil Azərbaycan mətbuatının ən çətin, ən qaynar, ən dartışmalı, ən həlledici onillikləri ilə qoşa addımlayan bir ömür…

 

Onun haqqında düşünəndə ilk ağla gələn təkcə bir qəzet olmur. “Yeni Müsavat” bir media qurumundan daha artıq anlam daşıyır; o, bir dönəmin canlı salnaməsi, fikir meydanı, sözün sınaq məkanıdır. O ocaqdan neçə-neçə jurnalist yetişib, neçə qələm püxtələşib, neçə fikir topluma yol tapıb.
Deyir, söz adamını yalnız yazdıqları ilə ölçmək olmur. Onun susduğu məqamlar, risk etdiyi anlar, müdafiə etdiyi prinsiplər, yetişdirdiyi insanlar da özkeçmişinin ayrılmaz hissəsidir. Rauf Arifoğlunun peşə yığvalında bunların hər biri var, hər biri.
Bir bir və ya daha çox şəxs və mətn şəkili ola bilər
Azərbaycan mediası son otuz beş ildə müxtəlif mərhələlərdən keçdi – romantik başlanğıclar, sərt qarşıdurmalar, ağır sınaqlar, texnoloji çevrilişlər, yeni platformlar… Bu yolun böyük hissəsində Rauf Arifoğlu həm iştirakçı, həm müşahidəçi, həm də prosesə təsir edən simalardan biri olub.
Fikir ayrılığı başqa məsələdir, əməyə sayğı isə tamam başqa. Fərqli baxışlar medianı zənginləşdirir; peşəyə sədaqət isə onu yaşadır. Elə buna görə də uzun illərdir Azərbaycan media cameəsində Rauf Arifoğlunun adı bir redaktorun adından daha irəli – bütöv bir məktəbin, bir gələnəyin adı kimi çəkilir.
Altmış yaş insanın dayanacağıdırmı? – Əsla! – O, topladığı təcrübənin daha geniş çevrəyə xidmət etdiyi bir mərhələdir. Bir az da doğma Tovuz zarafatı ilə desəm, 60 həm də Tovuzun avtomobil fərqlənmə nişanının başlanğıcıdır. Elə isə təkəriniz irəli, yolunuz açıq, işığınız yaşıl olsun!
Hörmətli Rauf bəy,
60 illik yubileyinizi ürəkdən qutlayır, möhkəm cansağlığı, tükənməz enerji və yeni yaradıcılıq uğurları diləyirəm!
Qələminiz iti, sözünüz diri, yolunuz açıq, ömrünüz bərəkətli olsun!
Əkbər Qoşalı
Share: