Şoyqu Ukraynada məhv edilən silah sayını açıqladı

Sentyabr ayında Ukrayna ordusuna məxsus 2700-dən çox silah və hərbi texnika, o cümlədən Amerikanın “Bradley” piyada maşını və M777 artilleriya sistemi, Almaniyanın “Leopard” və Britaniyanın “Challenger” tankları məhv edilib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Rusiyanın müdafiə naziri Sergey Şoyqu Moskvada nazirlik rəsmiləri ilə görüşü zamanı bildirib.

Görüşdə Şoyqu Ukraynadakı vəziyyəti dəyərləndirib və bəyan edib ki, Rusiya hərbi birləşmələri Ukrayna qüvvələrini məğlub etmək üçün aktiv fəaliyyətlərini davam etdirirlər.

“Ukrayna Silahlı Qüvvələri bütün münaqişə xətti boyunca ciddi itkilər verib”, – deyə Şoyqu qeyd edib.


Share: