“Son zəng” günü məktəbdə bıçaqlanma

Qobustanda şagirdlər arasında mübahisə olub, 10-cu sinif şagirdi bıçaqlanıb.

Report-un məlumatına görə, hadisə A.O.Çernyayevski adına şəhər 1 saylı tam orta məktəbinin şagirdləri arasında baş verib.

Belə ki, həmin məktəbin 11-ci sinif şagirdi, Qobustan şəhər sakini, Rauf Təhmiraz oğlu Ağaquliyev məktəbin yaxınlığında 10-cu sini şagirdi, Vüsal Təbiət oğlu Şəhriyarovla aralarında mübahisə yaranıb. Mübahisə zəmnində R.Ağaquliyev üstündə saxladığı bıçaqla V.Şəhriyarorova 4 bıçaq zərbəsi vuraraq hadisə yerindən qaçıb.

Yaralı Qobustan Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib, vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırmalara başlanılıb.

***

Qobustanda məktəb yoldaşını bıçaqlamaqda şübhəli bilinən A.O.Çernyayevski adına şəhər 1 saylı tam orta məktəbin 11-ci sinif şagirdi Rauf Ağaquliyev polis əməkdaşları tərəfrindən saxlanılıb.

Müstəqil.Az

Share: