Şirkət 12 min əməkdaşını işdən çıxarır

Almaniyanın dərman və kimya şirkəti “Bayer AG” 12 min əməkdaşını işdən çıxaracaq.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, bundan başqa şirkət heyvan sağlamlığı şöbəsini satacağını açıqlayıb.

Şirkətin yenidən qurulması ilə əlaqədar bu addımı atdığı bildirilir. “Baye” bundan sonra daha çox dərman, istifadəçilərin sağlamlığı və bitki elmləri üzərində işləyəcək.

2017-ci ilin sonuna olan rəqəmlərə görə, şirkət dünyada təxminən 100 min insanı iş yeri ilə təmin edib, onlardan 31 620-i Almaniyadadır.

Şirkət sonuncu dəfə ABŞ-ın kənd təsərrüfatı şirkəti Monsatonu 63 milyard dollara almaqla gündəmə gəlmişdi. Lakin bundan sonra Monsaton firmasının “roundup” adlı yabanı otdan istehsal etdiyi dərman səbəbindən bir bağbanın xərçəngə tutulması iddiaları gündəmə gəlmişdi. Buna görə şirkət 289 milyon dollar təzminat ödəməyə məhkum edilmişdi.

Bu hadisədən sonra şirkətin nüfuzu nisbətən enib. Hətta birja dəyəri 34 milyard dollar azalıb.

Share: