İsveç parlamentində qondarma “erməni soyqırım”ı ilə bağlı sərgi açılıb

Moderator.az xəbər verir ki, Isveç parlamentində “Erməni soyqırımı və Skandinaviya yanğısı” adlı sərgi açılıb. Sərgidə 1915-ci ildə ermənilərin məhv edilməsi ilə bağlı yalanları əks etdirən nümunələr sərgilənib.

Məlumat üçün qeyd edək ki, bu sərgi hələ 2011-ci ildə Ermənistandakı “Erməni soyqırımı” muzeyi tərəfindən hazırlanıb və İsveçin Erməni Dərnəklər Birliyinə təqdim edilib.

Açılış mərasimində millət vəkilləri, səfirlər, mətbuat nümayəndələri və s. iştirak edib. Sərgi dekabrın 20-nə qədər davam edəcək.

Xatırladaq ki, bundan qısa müddət öncə ermənilər Yeni Zelandiyada qondarma “soyqırım”ı ilə bağl abidənin açılışı edib, habelə İslandiya parlamentində “soyqırım”la bağlı iddianın qəbulunu gündəmə gətirib.

Onu da qeyd edək ki, mövcud durumu təhlil edən Azərbaycanın bəzi millət vəkilləri hesab edir ki, türk dünyası erməni yalanalrına qarşı mübarizədə səylərini birləşdirməli və bu istiqamətdə daha ciddi addımlar atmalıdır.

Share: