Sevgi məktubuna çəkilən rəsm 300 min dollara satıldı

Moderator.az xarici mətbuata istinadən xəbər verir ki, Paris hərracında fransız yazıçı Antuan de Sent-Ekzüperinin məşhur Balaca Şahzadəsinin təsvir olduğu sevgi məktubuna çəkilən rəsm 289 min dollara satılıb.
Akvareldə Balaca Şahzadə ( “Balaca Şahzadə” Ekzüperinin ən məşhur əsəri hesab olunur. Kitaba çəkilən rəsmlərin müəllifi yazıçının özüdür) kiçik bir planetdə masa arxasında əyləşib və quşların dəstəsinə sevgi məktubu yazır.
Məktubda 1942-ci il göstərilib. Balaca Şahzadə haqqında isə məşhur kitab 1943-cü ildə Nyu-Yorkda çap olunub.
Ümumilikdə isə hərracda Ekzüperinin 49 məktub və illyüstrasiyası satılıb.

Share: