Serbiya və Andorranın oyununu Ağayev idarə edəc

Serbiya və Andorranın oyununu  Ağayev idarə edəc

FİFA referisi Əliyar Ağayev növbəti təyinat alıb.

Müstəqil.Az xəbər verir ki, Ağayev DÇ-2026-nın seçmə mərhələsinin K qrupu çərçivəsində keçiriləcək Serbiya – Andorra qarşılaşmasının baş hakimi olacaq.

Ona Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər. Dördüncü hakim funksiyasını Kamal Umudlu yerinə yetirəcək.

Matçın VAR hakimləri italiyalı Canluka Aureliano və Valerio Marini olacaq.

Qeyd edək ki, iyunun 10-da Leskovaç şəhərində yerləşən “Duboçica” stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.

Müstəqil.Az 

Share: