Selin Dion sağalmaz xəstəliyə tutuldu

Dünya şöhrətli müğənni Selin Dion “sərt adam sindromu”na tutulduğunu açıqlayıb.

Kulis.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, dünyaca məşhur fransız müğənni Selin Dion Instagram hesabından ona “sərt adam sindromu” kimi tanınan nadir və sağalmaz bir nevroloji xəstəlik diaqnozu qoyulduğunu və “Cəsarət Dünya Turu” çərçivəsində onlarla şounu ləğv edəcəyini və ya təxirə salacağını bildirib.

Qeyd edək ki, sənətçi 1997-ci ildə çəkilmiş “Titanik” filminin “My Heart Will Go On” mahnısını səsləndirərək məşhurlaşıb.

Share: