ŞAİR SƏDASI: “AZƏRBAYCAN – TANRI YAZAN ÜNVANIM”

ŞAİR SƏDASI: “AZƏRBAYCAN – TANRI YAZAN ÜNVANIM”

Tapdıq Əlibəyli- 65

Oxuduqlarımıza, eşitdiklərimizə və həyat təcrübəmizə söykənsək, deyə bilərik ki, bir insanı tanımaq üçün illərlə vaxt tələb olunur.

Ancaq bu, həmişə belə deyil və sözsüz ki, istisnalar mövcuddur. İstedadlı şair və publisist Tapdıq Əlibəyli ilə bir neçə il bundan əvvəl tanış olmuşam. Elə həmin vaxtdan etibarən də ədəbi yaradıcılığını izləməyə balamışam. Bu qısa müddət onu bir insan və yaradıcı ziyalı kimi tanımağa yetdi desəm, səhv etmərəm.
Azərbaycan yazarları tarix boyu xalqın mənəvi dünyasını, sosial həyatını və milli dəyərlərini əks etdirən zəngin bir ədəbi irs yaratmışlar. Əlbəttə ki, bu ədəbiyyatın inkişafında müxtəlif dövrlərdə fəaliyyət göstərmiş şair və yazıçılar mühüm rol oynamışlar.Onların yaradıcılığı təkcə bədii söz nümunələri yaratmaqla məhdudlaşmamış, eyni zamanda cəmiyyətin düşüncə tərzinə, milli şüurun formalaşmasına və mənəvi dəyərlərin qorunmasına təsir göstərmişdir. Bu baxımdan Azərbaycan şairi və publisisti Tapdıq Əlibəylinin yaradıcılığı xüsusi diqqətə layiqdir. Onun poeziyası və publisistik fəaliyyəti milli düşüncənin, vətən sevgisinin və insanın mənəvi aləminin ifadəsi kimi dəyərləndirilə bilər. Özünün təbirincə, poeziyası qəlbdən qələmə yağır:

Duyğular bələnib nəşə, ələmə,
Heyrət misra-misra, söz ilmə-ilmə…
Hicran-vüsal süslü feyz şəbnəmləri
Yağdı narın-narın qəlbdən qələmə…

Tapdıq Əlibəyli Azərbaycan ədəbi mühitində formalaşmış və yaradıcılığını əsasən milli-mənəvi dəyərlərə söykənən istiqamətdə inkişaf etdirmiş sənətkarlardan biridir. Onun həyat yolu və formalaşma dövrü ədəbiyyata olan dərin maraq və söz sənətinə bağlılığı ilə səciyyələnir. Gənc yaşlarından bədii ədəbiyyata maraq göstərən Tapdıq Əlibəyli Azərbaycan klassik və müasir ədəbiyyatını mütaliə etmiş, bu əsərlər onun dünya görüşünün formalaşmasına mühüm təsir göstərmişdir. Hələ təhsil aldığı illərdən o, ədəbi fəaliyyətə böyük eşqlə ürək verərək başlamışdır. Bu dövrdə yazdığı ilk şeirlər və məqalələr onun gələcək yaradıcılıq istiqamətini müəyyən etmişdir. Ədəbi mühitlə sıx əlaqədə olmaq, müxtəlif mətbuat orqanları ilə əməkdaşlıq etmək onun publisistik bacarığının inkişafına da şərait yaratmışdır. Beləliklə, Tapdıq Əlibəyli həm şair, həm də publisist kimi formalaşaraq Azərbaycan ədəbi mühitində öz mövqeyini müəyyənləşdirmişdir.
Tapdıq Əlibəylinin yaradıcılıq fəaliyyətinin başlanğıcı əsasən poeziya ilə bağlıdır. Onun ilk şeirləri gənclik duyğularını, təbiətə olan sevgini və vətənə bağlılıq hissini əks etdirirdi. Bu şeirlərdə səmimiyyət, emosional ifadə və poetik düşüncə xüsusilə diqqəti cəlb edirdi. Sonrakı dövrlərdə onun yaradıcılıq dairəsi genişlənmiş, publisistik fəaliyyət də yaradıcılığının mühüm istiqamətlərindən birinə çevrilmişdir. Müxtəlif qəzet və jurnallarda dərc olunan məqalələri vasitəsilə o, cəmiyyətin aktual problemlərinə münasibət bildirmiş, milli-mənəvi dəyərlərin qorunması və inkişaf etdirilməsi məsələlərinə toxunmuşdur. Onun publisistik yazıları oxucu ilə birbaşa dialoq yaradan, düşündürücü və ictimai məsuliyyət hissi ilə yazılmış mətnlər kimi səciyyələndirilir.
Tapdıq Əlibəylinin poeziyası mövzu və ideya baxımından zəngin və çoxşaxəlidir. Onun şeirlərində həm fərdi duyğular, həm də ictimai düşüncələr əks olunur. Şairin poeziyasında insanın daxili dünyası, həyatın müxtəlif mərhələləri və cəmiyyətin problemləri poetik şəkildə ifadə edilir. Şairin yaradıcılığında ən mühüm mövzulardan biri vətən sevgisidir. Vətən onun şeirlərində müqəddəs dəyər kimi təqdim olunur. O, Azərbaycan torpağına, xalqın tarixinə və mədəniyyətinə böyük sevgi və ehtiramla yanaşır. Bu mövzu onun şeirlərində emosional və poetik ifadə vasitələri ilə təqdim edilir.

Türk soraqlı qüdsiyyətim – bu torpaq,
Qanımdakı heysiyyətim – bu torpaq
Qayəmdəki hüsniyyətim – bu torpaq
Azərbaycan – Tanrı yazan ünvanım!

Digər mühüm mövzu isə insan və mənəvi dəyərlərdir. Tapdıq Əlibəyli insanın mənəvi aləmini, onun vicdanını, daxili mübarizəsini və həyatdakı rolunu poetik dillə təsvir etməyə çalışır. Onun şeirlərində humanizm, mərhəmət, dürüstlük və ədalət kimi dəyərlər xüsusi yer tutur. Şairin yaradıcılığında zaman və həyat haqqında fəlsəfi düşüncələr də mühüm yer tutur. O, həyatın keçiciliyi, zamanın sürətlə axması və insanın bu dünyadakı mövcudluğu haqqında düşüncələrini poetik formaya salır. Bu xüsusiyyət onun poeziyasına müəyyən fəlsəfi dərinlik qazandırır.
Tapdıq Əlibəylinin şeirlərində təbiət motivləri də geniş yer tutur. Təbiət onun üçün təkcə təsvir obyekti deyil, həm də insan ruhunun sakitlik və harmoniya tapdığı bir məkan kimi təqdim edilir.

Sanki xəyallara dalar təbiət,
Mudriklik görünər qış baxışında.
Dümağ qar işıgı salar təbiət…
Bəzəyər özünü qış naxışında.

Suya naxış vurar şaxta nəfəsi,
Ərişi, ilməsi qar çalarında.
Kükrəyən çayların incələr səsi,
Ağaclar don geyər qış tumarında…

Tapdıq Əlibəylinin publisist kimi də Azərbaycan mətbuatında fəal çıxış etməsi xüsusi olaraq vurğulanmalıdır. Onun publisistik yazıları əsasən ictimai-siyasi və mədəni mövzulara həsr olunmuşdur. Bu yazılarda müəllif cəmiyyətin problemlərinə diqqət yetirmiş, sosial ədalət, milli kimlik və mənəvi dəyərlər haqqında öz fikirlərini ifadə etmişdir. Publisistik yazılarında onun üslubu sadə, aydın və təsirlidir. O, mürəkkəb fikirləri belə oxucu üçün anlaşıqlı şəkildə təqdim etməyi bacarır. Bu xüsusiyyət onun publisistik məqalələrinin geniş oxucu auditoriyası tərəfindən maraqla qarşılanmasına səbəb olmuşdur. T.Əlibəylinin publisistik fəaliyyəti həm də onun vətəndaş mövqeyini göstərir. O, cəmiyyətin inkişafı, milli dəyərlərin qorunması və sosial problemlərin həlli məsələlərinə biganə qalmayan qələm adamı kimi tanınmışdır.
Tapdıq Əlibəylinin yaradıcılığı özünəməxsus üslubu ilə seçilir. Onun poeziyasında səmimiyyət və sadəlik əsas xüsusiyyətlərdən biridir. Şair mürəkkəb bədii vasitələrdən daha çox, aydın və emosional ifadələrə üstünlük verir. Şeirlərində poetik obrazlar və metaforalar vasitəsilə insanın daxili dünyası təsvir olunur. Eyni zamanda, şairin dili axıcı və melodikdir ki, bu da şeirlərinin bədii təsir gücünü artırır.
Publisistik yazılarında isə o, daha çox analitik və düşüncəli üslubdan istifadə edir. Bu yazılarda faktlar, müşahidələr və müəllif mövqeyi bir-biri ilə vəhdət təşkil edir. Azərbaycan ədəbiyyatında həm poeziya, həm də publisistika sahəsində fəaliyyət göstərmiş qələm adamlarından biridir. Onun yaradıcılığı milli ədəbi ənənələrə bağlı olmaqla yanaşı, müasir düşüncə ilə də zəngindir. Şairin əsərləri Azərbaycan insanının duyğularını, düşüncələrini və həyat tərzini əks etdirən bədii nümunələr kimi qiymətləndirilir. Onun yaradıcılığı oxucunu düşündürən, mənəvi dəyərlərə çağıran və cəmiyyətə həssas yanaşma nümayiş etdirən əsərlərdən ibarətdir. Bu baxımdan Tapdıq Əlibəylinin yaradıcılığı Azərbaycan ədəbiyyatının inkişafında müəyyən rol oynamış və milli ədəbi irsin formalaşmasına öz töhfəsini vermişdir.
Çəsarətlə demək olar ki, Tapdıq Əlibəyli Azərbaycan ədəbiyyatında öz yaradıcılığı ilə ədəbi mühitdə müəyyən iz qoymuş sənətkarlardandır. Onun poeziyasında vətən sevgisi, insanın mənəvi dünyası və həyatın fəlsəfi məqamları geniş şəkildə əks olunur. Publisistik yazılarında isə cəmiyyətin aktual problemlərinə münasibət bildirməsi və vətəndaş mövqeyi xüsusi diqqəti cəlb edir.
Tapdıq Əlibəylinin yaradıcılığı Azərbaycan ədəbiyyatının zəngin ənənələrini davam etdirən və oxucunu düşündürən bədii nümunələrdən ibarətdir. Bu səbəbdən onun əsərləri milli ədəbi irsin mühüm hissələrindən biri kimi dəyərləndirilir.

Baş nəğməmin nəqəratı – bu torpaq,
Ürəyimin hərarəti – bu torpaq,
Neçə-neçə el həsrəti – bu torpaq…
Azərbaycan – Tanrı yazan ünvanım!

Ay-ulduzlu bayrağımdır bu torpaq,
Hürriyyətim, çırağımdır bu torpaq,
Kimliyimdir, ocagımdır bu torpaq,
Azərbaycan – Tanrı yazan ünvanım!

Bu şeirdə semantik dərinlik mütəvisində şairin milli kimliyi, yaradıcı mövqeyi və ruhaniyyət baxışı ehtiva olunur. Burada metaforik olaraq vətən həm “yazı” (qismət, taleyin ifadəsi), həm də “ünvan” (doğulduğu məkan) kimi göstərilir. Vətən sadəcə torpaq deyil, həm də mənəvi və ilahi bir dəyər olaraq təqdim olunur.
”Azərbaycan – Tanrı yazan ünvanım” deyiminin ülviyyət işığında sevimli şairimizi 65 illik yubileyi münasibətilə ürəkdən təbrik edir, ona möhkəm can sağlığı, uzun ömür, tükənməz ilham və yeni-yeni yaradıcılıq uğurları arzulayıram. Qoy Tanrı yazan ünvanı Azərbaycandan Tapdıq Əlibəylinin hər zaman şair sədası yüksəlsin!
✍️Eldar SƏMƏDOV
politiloq

Share: