Şairə Güləmail Murad Aprel döyüşlərinə həsr olunmuş yeni kitabını təqdim edəcək…

Müstəqil.Az bildirir ki,21 İyun saat 14:00 AYB- nin Natəvan klubunda Prezident mükafatçısı Şairə Güləmail Muradın Azərbaycanın Milli Qəhrəmanı Şükür Həmidovun və onun döyüş yoldaşlarının şücaətlərini əks etdirən ” Qəhrəmanlıq Yüksəkliyi” əsərinin təqdimat mərasimi keçiriləcək.

Bu kitab şairənin əsasən vətən mövzusunda yazdığı,Aprel döyüşlərinə həsr olunmuş üçüncü kitabıdır.

Kitabda şeirlər, qəhrəmanların ailə üzvləri və döyüş yoldaşlarının dilindən deyilmiş xatirələr nəsrə verilmişdir.

Kitaba ön sözü akademik Nizami Cəfərov və şair Elnur Uğur yazmışdır…

Arzu edən hər kəs dəvətlidir.

Müstəqil.Az

Share: