Sabir Rüstəmxanlının Nobel Mükafatına namizəd olunması təklif edildi – “Ədəbiyyat qəzeti”

Xalq şairi, millət vəkili Sabir Rüstəmxanlının Nobel Mükafatına namizədliyinin irəli sürülməsi təklif olunub.
Müstəqil.Az  xəbər verir ki, bununla bağlı məlumat “Ədəbiyyat qəzeti”nin son sayında dərc olunub.
İsveçdə yaşayan Ədəbiyyatşünas alim Səadət Kərimi bununla bağlı geniş məqalə yazıb və Sabir Rüstəmxanlının bu mükafata layiq olduğunu əsaslandıramağa çalışıb.

Həmin məqaləni olduğu kimi təqdim edirik:
Sabir Rüstəmxanlı ədəbiyyatını Nobel Mükafatına irəli sürək!
“Ömür kitabı” (1988) əsərinə görə 1989-cu ildə Azərbaycan Yazıçılar İttifaqının M. F. Axundov adına ədəbi mükafatına layiq görülmüş Sabir Rüstəmxanlıya Nobel Mükafatı verilməsini irəli sürmək üçün müraciət edilməsini təklif edirəm. Bu səbəblə Azərbaycan Yazıçılar İttifaqından təşkilat olaraq Nobel Komitəsinə qaydalar üzrə rəsmi müraciət göndərmələrini xahiş edirəm. Bu qənayət təsadüfi deyildir. Qənayətimin arxasında uzun illərin götür-qoyu və İsveçdə yaşayan soydaşlarımızın rəyi vardır. Sankt-Peterburqda ali təhsil aldıqdan sonra Azərbaycan Milli Elmlər Akademiyasında elmi fəaliyyət göstərmişəm. İsveçdə yenə filologiya üzrə ali təhsil aldıqdan sonra iyirmi iki il İsveç universitetlərində elmlər doktoru, dosent olaraq işləyərək, hər gün İsveçli iş yoldaşlarımla apardığım ədəbiyyat üzrə səmimi mübahisələr nəticəsində, həmçinin çoxlu sayda Azərbaycan yazıçılarının yaradıcılığını incələyib,təhlil və müqayisə etdikdən sonra bu qənayətə gəlmişəm.
Bir zamanlar Soljenitsın beynəlxalq diqqəti sovet əsir düşərgələri sisteminə cəlb etmişdi.İsveçli yazar Selma Lagerlöf beynəlxalq aləmdə məşhur Nils Holgerssonun gözəl səyahəti kitabında qazın belində ölkənin üzərindən uçan on dörd yaşlı oğlanın vasitəsilə dünyanıİsveçin coğrafiyası ilə tanış etmişdir.Qoyun “Ömür kitabı” ilə Sabir Rüstəmxanlı dünyanıAzərbaycanın coğrafiyası və mədəniyyəti ilə tanış etsin! 1974-cü ildə Ədəbiyyat üzrə Nobelmükafatının Eyvind Conson və Harri Martinsona verilməsiConson üçün “Azadlığa xidmətdəuzaqgörən hekayə sənətinə görə” və Martinson üçün “Şeh damcısını tutan və kosmosu əks etdirənyazıya görə” qənaətləri ilə əsaslandırılmışdır. Hansı perspektivdən baxarsanız baxın, Sabir Rüstəmxanlının“Ömür kitabı” romanı, şübhəsiz ki, dünya ədəbiyyatında şərəfli yerə layiqdir! Bu əsər tarixdə başvermiş çeşidli hadisələri və tarixi şəraiti təsvir edən cazibədar bir romandır!
İsveç Akademiyasının Nobel Mükafatına layiq gördüyü Orxan Pamuk (2005) Nobel Komitəsinin motivasiyasına görə, “roman sənətinin mərkəzi məsələsini”nəfis ifadə edib.Orkan Pamuk iddia edir ki, məsələhər birimizin beynimizdə yaşayan “başqası”, “yad”, “düşmən” məsələsidir, daha doğrusu, onu necə dəyişdirmək məsələsidir. Pamukun fikrincə, romançılar “Başqasını” təsvir etməklə“Öz” kimliklərimizin sərhədlərini dəyişə bilirlər. Başqaları “biz” olur, biz isə “başqaları” oluruq” deyir. Və hətta roman “öz həyatlarımızıbaşqalarının həyatı kimi əlaqələndirdiyinə baxmayaraq, bizə başqalarının həyatını sankibizimkilər kimi təsvir etmək şansı verir”. Beləliklə, Pamuk indiyə qədər qlobal miqyasda mədəniyyətlərarası dialoqun uğuruna qarşı mübarizə aparan başqa bir amil olan alternativ, relativist perspektivlə üzləşir – 1990-cı illərdə amerikalı politoloq Samuel Huntingdontərəfindən irəli sürülmüş İslam və guya xristian “Qərb” arasında “sivilizasiyaların toqquşması” perspektivi. Fransis Uhin (Francis Wheen, 2004) isə, “vurğunu mədəni təqdirə”(İng. cultural predestination) qoyduğu üçün bunu “mühafizəkar pessimizm” kimi xarakterizəetmişdir. Uhin məhz predestination terminini işlətmişdir, bu isə (Xristian teologiyasında)Allahın baş verəcək hər şeyi, xüsusən də kimlərin xilas olub-olmayacağı/qurtuluşu ilə bağlı,təyin etdiyi doktrinadır.Bu, xüsusilə Hippo və Kelvinin Müqəddəs Avqustinin təlimləri iləəlaqələndirilmişdir. Fransis Uhin Samuel Huntingdonun perspektivini həm də “sivilizasiya”nınəyin təşkil etdiyinə dair onun dar dini-mədəni tərifi, mədəniyyətlər arasında çarpaz tozlanmaehtimalını qəbul etmək istəməməsi”nə görə “mühafizəkar pessimizm” kimi xarakterizəetmişdir. Onun fikrincə bu, insanların heç vaxt qoşulmaq üçün müraciət etmədikləri bir klubaömürlük sədaqət tətbiq etməsi” kimi bir şeydir vəonların “öz mənsubiyyətlərini və birliklərini seçmək azadlığını inkar etməsi” deməkdir.Bu mənada mədəniyyətlərarası dialoq “mütərəqqi nikbinlik” (progressive optimism) adlandırabiləcəyimiz bir inancdan irəli gəlir – ayrı-ayrıinsanların görüşdüyü yerdə, Ağ Kitabda “insan ləyaqətinin bərabərliyi” kimi təsvir edilənkontekstdə fikir ayrılıqlarının mümkün olduğuna inamdan, körpü olmaq və müxtəlifliyinmədəni zənginləşmə amili olması fikrinə inancdan irəli gəlir.
Sabir Rüstəmxanlı yaradıcılığında isə xalqın yaddaşı, onun mifik təfəkkürü, gözəlliyi iləbir-birini üstələyən folklor nümunələri indini və keçmişi bir-birinə bağlayır. “Ona görədə biz təkcə öz həyatımızı deyil, həm də xalqımızın böyük tarixinin bir hissəsini yaşayırıq”, deyir Rüstəmxanlı. Onun təfəkküründə, bəşər evladı təkcə öz həyatını deyil, həm də ölkəsinin həyatını yaşayır.Vətən minillik tarixi ilə, qəmləri-dərdləri, uğurları-qələbələri, itkiləri ilə, doğulduğumuzgündən ölənə qədər hər birimizin ömründən keçir. “Ömür Yolu” romanında yazar öz uğurvə uğursuzluqlarından, əzab və mübarizələrindən, öz tarixindən, bütün varlığını təşkil edən Vətənindən, yaxşı tanıdığı ölkəsindən danışarkən əslində Bütöv Azərbaycan Xalqının taleyini və tarixini anladır. O dünyaya Bizi tanıyın demək istəyir!
Romanı ilə söhbətə başlarkən yazar müdriklik yaşına çatacaqdımı, “yoxsa ölüm bucağının atı dünyanın bir çox igid adamlarına etdiyi kimi, qapısında kişnəyib canını alacaqdımı” bilmədən bu böyük missiyanı özünə borc bilərək bir yola çıxmışdır. Nə mutlu bizə ki, bu missiyanı başa çatdırmağı uca Allah ona nəsib etmişdir! Təbii ki, məqsədi, niyyəti müqəddəs olana Tanrı yar və yardımçı olur! Sabir Rüstəmxanlı Cəlil Məmmədquluzadəyə istinadla sözə başlayır: “Hərbir qələm adamının müqəddəs məqsədi millətin xoşbəxtliyi üçün çalışmaqdır”.
Sultan Hüseyn Bayqaranın Şah İsmayıl Xətaiyə yazdığı səmimi məktubdan söz açan Rüstəmxanlı “Bir vaxtlar ölkəmiz nə gözəl dövr yaşamışdı!” deyir! O, 1985-ci ildəözkəmizin şanlı səhifələrindən və tarixi şəxsiyyətlərindən söz açaraq Rus imperializmini, Sovetdövrünü və Fars şovinizmini yaşamış xalqımıza kimliyini xatırlatmağa, öz ulusununböyüklüyünü anlatmağa çalışmışdır. İndi isə artıq vaxt yetişmişdir, bizlər bu əsərləkimliyimizi, mədəniyyətimizi, böyük və humanist ulusumuzu hər cür vasitə ilə “Başqasına”, bütün dünyayatanıtmalılıq! Sabir Rüstəmxanlının “Ömürkitabı” romanı ən böyük mükafatlara layiq əsərdir!Zaman qayb etmədən biz Sabir Rüstəmxanlı ədəbi yaradıcılığını Nobel Komitəsinənominasiyə etməliyik! Biz hər il dayanmadan yazarlarımızı Nobel Komitəsinə nominasiyaetməliyik. Mükafat verməsələr belə, qazancımız böyük olacaq, çünki ədəbiyyatımızı oxuyubxalqımızı, ölkəmizi və ədəbiyyatımızı tanıyacaqlar!
“Amma insanın ruhunun da qanunları var!” deyir Sabir Rüstəmxanlı və mənə görə bu fəlsəfi fikir “Ömür kitabı” romanının əsas mövzusunu təşkil edir.Silahlar, onların növlərivə istismar formaları dəyişmişdir, hücum və müdafiə üçün yüzlərlə texniki yardım vasitəsiyaradılmışdır, amma ölkəni müdafiə etmək istəyi,vətənə məhəbbət heç vaxt bitməz, deyir müəllif. Özxalqımızın verdiyi mükafatı hər bir mükafatdan üstün tutsam belə, Nobel Komitəsinəmüraciət etməyi bacib bilirəm, bunu ölkəmizin hücum və müdafiəsi üçün ən səmərəli müasirsilah hedab edirəm.Yazar bu xususda tam haqqlıdır – qələmin anlatdığını heç bir turizmləəldə etmək mümkün deyil! Qələmin anlatdığı qədimdəsəyahətçilərin ayaqla, karvanlarlagəzərək yeri, torpağı hiss etməsilə, atlarla addım-addım keçdiyi yollarla qazandığı bilgilərləmüqayisə oluna bilər! Sabir Rüstəmxanlı ”Ömür kitabında” oxucunu səyahətə götürür və onaqədim dövrlərdə səyahətçilərin yaşadığı hissləri yaşatdırır. Oxucu xalqımızın ağrılarını hiss etməyə, sıxıntılarını yaşamağa, keçdiyi yolları tapdalamağa, xalqımızın hədəfə addım-addım çatmaq qarətlətini, bir nöqtədən o birinə atlamadan, məsafəni qayçı ilə kəsmədən yaşamış olur.
Sabir Rüstəmxanlı Azərbaycanı başqdan-başa dolaşır, bəzən bütünlüklə, bəzən hissə-hissə, hissələrinin adları isə Manna, Midiya, Atropatena, Türküstan, Aran,Albaniyaolmaqla oxucunu bilgiləndirir və öz Vətən müqəddəsliyi adlı fəlsəfəsinə gərg edir. Bu isədünya ədəbiyyatına çox böyük bir tövhədir, çünki “Azərbaycan açıq kitab kimidir.Oxunmaz haladüşüb, elə bil vərəqlərinə su damcıları düşüb, üstündəki hərflər oxunmur”. Sabir Rüstəmxanlı bu missiyanı ustalıqla başarmışdır, çünki o, sadəcə roman yazarı deyildir, o həm də filologiya elmi üzrə görkəmli alim və siyasətdə azadlıq mücadiləçisi olan təcrübəli şəxsdir. Müəllif “Ömür kitabı” romanında Azərbaycanın tarixdə böyük və əhəmiyyətli rolunu nümayişetmək üçün heç bir xalqı küçümsəmir, heç bir xalqa həkarat etmir. Müəllif realistdir, obyektivdir, elmi faktlarla vəbədii sənətin gücü ilə məqsədinə nail olur. O, oxucuya İran şahınınöz söylədiklərini xatırladır: “Xəritəyə bax,İran yatmış aslana oxşayır, onun başı Azərbaycandır. Başı kəsilsə ölkə başsız qalacaq!”.Dünyanın bu gün diqqəti İran İslam Respublikasında gedən hadisələrə yönəlmiş vaxtındabu kitab, başda İsveç Akademiyasının ədəbi tənqidçiləri olmaqla, dünyada geniş oxucuauditoriyasına, möhtəşəm dərs olmuş olar! Bəli, “qədim dövrlərdən bəri bütün İran tarixçiləriAzərbaycanı İran imperiyasının başçısı hesab edirdilər.Bir əsr ərzində orada dörd inqilab başverdi, lakin onlar dəmir qəfəsi qıra bilmədilər!“ deyir Rüstəmxanlı.
Yazar əsərində oxucunu çox sayda ədiblərimiz, alimlərimiz və tarixi şəxsiyyətlərimizlə tanış edir. Lakin bunlar sadəcə təqdimatlar deyil, burada tarixi romanlara xas texniki üsuldanustalıqla iştifadə etməklə yazar özünün fəlsəfəsini ortaya qoyur. Hansı xalqın şairləri bizdəolduğu kimi,Rəsul Rza və Süleyman Rüstəm kimi deyişmiş! Biri deyir “Odun nə çəkdiyini küldən soruş” , digəri isə “Altındakı od canlıdır, külə dəymə!” deyir. Od və kül mövzusu ilə ekzistentializm fəlsəfəsi, mövcud olanın, varlığın mahiyyəti düşüncələri roman boyu bəzənaçıq, bəzən isə məcazi ifadələrləqırmızı xətti təşkil edir. “Mən tarixin sönmüş odunun üstündə bütün ruhumla əyilirəmki, içində kiçik bir qığılcım alovlansın, əsrlər əvvəl elə parıldayan odda diri kömür tapım”deməklə yazar Azərbaycan insanını Zori Balayanın şər, dağıdıcı qüvvəsinin əksinə müsbətünsürlərə önəm verən, ümumbəşəri dəyərləri önə verən, yaşadan və qədr bilən varlıq kimi göstərir. 1985- ci ildə dünya hələ Dağlıq Qarabağmünaqişəsi, Qarabağ müharibəsi deyə bir şey duymamışdı, Sabir Rüstəmxanlı “ÖmürYolunda” Arsakdan, Qafqaz Albaniyasının ruhundan nəql etmişdi.
Sabir Rüstəmxanlı yaradıcılığında Azərbaycan əzəldən xoşbəxt ölkədir,“bizim ilk odlarımızı təbiət özü verib – Xəzər dənizinin ətəyində, Kiçik və Böyük Qafqazındağ silsilələrində, Ağrıdağ dağının ətəyində, Savalanda və Urmiya ətrafında”. “ÖmürYolunda” təsvir olunan Azərbaycan dünyanın mərkəzi kimi görünür, onun hər guşəsində,“Yardımlı yolunun kənarında, Babadağda, Naxçıvanda, Kəlbəcərdə, Astarada, Masallıda qaynayan qaynar bulaqlara baxanda adam yer üzünün hərarətini hiss edir” deyir.
Romanda öz fəlsəfi xəttini inkişaf etdirən yazar, varlığa, mövcudluğa, torpağa, xeyir vəşərə baxışını tarixi roman üslubunda müzakirə etməklə Azərbaycan sözününetimologiyasına dair saxta yorumları darmadağın edir. Bu qəbildən bir çox digərməqamları ifşa edərək yazar minilliklərin tarixi həqiqətinin zorakılıq tətbiq edilməklə öziradəsinə tabe edilməsinin və öz imperialist siyasətinə uyğunlaşdırılmasının elmə böyük ziyanvurmasını vurğulayır. O, “bu zərərləri heç bir tərəzi ilə ölçmək olmaz” deyə həyacan təbili çalır.“Avrasiyanın nəhəng məkanında yaşamış, böyük dövlətlər və mədəniyyətlər yaradan xalqlarınadlarını, izlərini, tarixlərini təhrif etməklə, “İran mədəniyyəti” kimi mücərrəd bir anlayışıcəmiyyətə təqdim etməklə, bu mədəniyyəti vəsf etməkləmübaliğə nəticəsində nüvədən çoxuzağa gedən nə başlanğıcı, nə də sonu, bəzi sözdə alimlər bir çox xalqların üzərinə ortaq İranmarkası taxaraq onların haqqını mənimsəmişlər” deməsilə müəlliftəkçə Rus və ya Fars “elmi”nideyil, həm də “İran mədəniyyatı” definisiyasını geniş qullanan Qərbi Avropa elmini vəmətbuatını tənqid etmiş olur!Yazar protoazərbaycanlıların, prototürklərin qayalar üzərindəki petroqlifləri, kitabələri misal gətirərək, dilimizin, mədəniyyətimizin,miflərimizin Şumerlərin, Akkadların, Hettlərin, Assuriyalılar və Pelsaqlar-Etrusklarındili,mifləri və mədəniyyəti ilə bağlı olduğunu ortaya qoyur.
Yazarın varlıqvə ruhla bağlı fəlsəfəsində Azərbaycan Türkünün özəlliyi mövzusu qabarıqdır.O, “Qədim azərbaycanlılar ruhu azad olan insanları sevirdilər.Namaz qılarkən “Həqiqət və dürüstlük millətimizə hər zaman yoldaş olsun!” deyirdilər.Onlar yaxşılığın,gözəlliyin və işığın qələbəsinə inanırdılar” deyir. Altay əfsanələrini, oğuz dastanlarını araşdırmış filoloq Rüstəmxanlı “vəhşi atları ilk dəfə türklər əhliləşdiriblər. Bu daonlara dünyada hökmranlıq etmək səlahiyyəti vermişdi”. “Təkərli arabaları və salları icadetmişlər” deyir, torla balıq tutan, barıt, qamış tütək düzəldən və orada oynayan ilk Türklərinolmasından söhbət edir.
Zənnimcə, Azərbaycan ərazisi dünyanın ən qədim insan məskənlərindən biri olmasından,Azıx mağarasından, Şərqi Bəyazıtda dağın zirvəsində ucalan 99 il ərzində tikilmiş möcüzəli İshaqPaşa sarayından, böyük Azərbaycan üsyançısı Babəkin və onu dəstəkləyən Azərbaycanxalqının xilafət ordusuna qarşı 22 il vuruşaraq bütün Şərqi silkələməsindən, qəhrəman Bakı fəhləsindən nəql edən yazarı, professor Əli Sultanlıya istinadən “Dədə Qorqud”dakı siklopunsüjeti Homerin “Odisseya”sından daha qədim ola bilər deyən yazarı Nobel Komitəsi vasitəsilə bütün dünya tanımalıdır! “Fərəbinin, İbn Sinanın, Nizami Gəncəvinin, Nəsrəddin Tusinin,Uluqbəyin və onlarla sənət və elm titanının əsərləri əsrlər boyu Qərbin mədəni həyatına təsirgöstərmişdir.Onları tamamilə silmək əxlaqsızlıq və vicdansızlıq deyilmi?” deyə düşündürənyazarın sualına izin verin Avropa cavab arasın! İzin verin qayalara həkk olunmuş 5000səhifəlik kitab olan Qobustanı təkN. Anoxin və Thor Heyerdal deyil, Nobel Komitəsivasitəsilə bütün dünya duysun və tanısın!
“Ömür kitabı” əsərində varlıq və əbədiyaşar ruh, coğrafi məkan və zaman mövzuları ilə yanaşı poeziya və bədii təsvirin gücü oxucunu heyranlıqda saxlayır.Hansı yol daha gözəldir oxucu çaşıb qalır -Ağrıdağın ətrafımı, Quba-Dərbənd yolumu, Xınalıqmı, Dərbənddən Ağrı dağına gedən yolmu, Ərzurum yaylaqlarımı, Çərvan yolumu yoxsa Mərəzəyə gedən yol? Coğrafi məkanmı daha böyük fəlsəfi anlam yüklüdür, yoxsa onun üzərində böyüyüb başa çatmış mübariz insanlar? Oxucu düşüncələrə dalır, amma həm də kələğayının gözəlliyi, Gülüstan qalasının ecazkarlığı və bir çox başqa varlıqların təsvirindən zövq alır. Kitab bədii ədəbiyyat, tarix və etnoqrafiya elminin qarışığıdır. Burada, İrəvandaxil olmaqla çoxlu sayda Azərbaycan toponimləri və antroponomiyaları vardır.Bundan başqa, müəlliftanınmış şair olduğundan həm özünün, həm də başqalarının şeirlərindən sitat gətirir.Çox vaxtxalq poeziyasına müraciət edir.
Hekayə baxımından tarix kitabları bədii ədəbiyyatla rəqabət apara bilməz. Tarixçilər nadirhallarda keçmişi dramaturji yönlərə görə əyirlər. Çarpıcı arqumentlər, tənqidi araşdırma vəsorğu-sual faktlara əsaslanan və yaxşı əsaslandırılmış təqdimatlara gətirib çıxara bilər, lakin onların ictimai sahədə əhatə dairəsi məhduddur. Kiçik hissələrə bölünmüş və ya mənbəbaxımından kritik həddi aşırmaqla parçalanmış rəvayətlər nadir hallarda böyük auditoriyanı ovsunlayır.Bundan əlavə, oxucular çox vaxt tarix yazısının mərkəzi elementləri olan suallarvə problemləşdirmələr deyil, cavablar istəyir. Keçmiş haqqında bədii ədəbiyyat əsərləri çoxvaxt birbaşa və təsirli şəkildə fərqli səhnələrlə əlaqə qurur, kontekst və axın yaradır.Tarixelminin çətinliklə üzləşdiyi yerdə bədii ədəbiyyat bir çox suallara aydınlıq gətirir. İsveçliyazar Vilhelm Moberqin Mühacirləradlı tarixi romanı (İsveç dilində İnvandrare)ictimaiyyətin İsveçlilərin 19-cu əsrdə Amerikaya mühacirətinə dair təsəvvürlərində elmiaraşdırmaların süvarilərindən daha böyük təəssürat yaratdığını iddia etmək heç də mübaliğəolmaz.Bu baxımdan da “Ömür kitabı” tarixi romanı böyük potensiala malikdir!
Ümid edirəm, başda sevimli yazar və Yazıçılar İttifaqının sədri hötmətli Anar müəllimolmaqla, Yazıçılar İttifaqının hörmətli İdarə Heyəti üzvləri mənim və İsveçdə yaşayan Azərbaycan icmasının xahişini nəzərə alacaq, Sabir Rüstəmxanlıya Ədəbiyyat üzrə Nobel Mükafatı verilməsi üçün Nobel Komitəsinə müraciət edəcəklər.
İsveç,
20.10.2022
Share: