Rasim Məmmədovun 15 il həbsi tələb olundu

“Baku Steel Company”nin keçmiş rəhbəri Rasim Məmmədovun məhkəməsi yekunkaşmaq üzrədir.

“Qafqazinfo” xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda dövlət ittihamçısı Orxan Səmədov çıxış edib. O, Rasim Məmmədovun 15 il müddətə azadlıqdan məhrum edilməsini istəyib.

Xatırladaq ki, R.Məmmədov 2021-ci ildə DTX-nin keçirdiyi əməliyyatla həbs olunub. O, 185 milyon manatlıq yeyintidə ittiham olunur.

Amin Nəzərli


Share: