Sabir Rüstəmxanlı Güney Azərbaycanlıları Universitetinin yaradılmasını təklif edib

Milli Məclisdə Güney Azərbaycanlıları Universitetinin yaradılması təklif edilib.

Belə bir təkliflə Milli Məclisin deputatı Sabir Rüstəmxanlı çıxış edib. O qeyd edib ki, Azərbaycanda “Təhsil” haqqında qanunda xaricdə yaşayan azərbaycanlılara güzəşt nəzərdə tutulur: “Buna baxmayaraq, bir nəfər olsun xaricdə yaşayan soydaşımız Azərbaycanda dövlət hesabına təhsil almır.

Onlar ödəniş qarşılığında təhsil almalıdır. Lakin təhsil haqları olduqca yüksəkdir. Mən dünya azərbaycanlılarının təhsil alması üçün Azərbaycanda Dünya Azərbaycanlıları və Güney Azərbaycanlıları Universitetinin yaradılmasını təklif edirəm”

Share: