“Sənin gözlərinə kədər yaraşmır, Gözümü gəl verim, gözümdə ağla….”-Gənc yazar Şükür Qafarın şeirləri

Müstəqil.Az gənc yazar Şükür Qafarın şeirlərini təqdim edir:

 

Getdiyin yollarda gözüm yol çəkir
Yenə həmin yolla geriyə qayıt.
Ey sevgi hissimi dağıdıb gedən,
Qayıt gəl, indi də qəmimi dağıt.
 
 
Elə dağ çəkmisən mənim ömrümə,
Nəfəsim hey gedir, gəlir “ah” çəkir.
Əmanət qoyduğun ürək dağılıb
Pərdəsi altında dərd toxum əkir.
 
 
Sənin taleyində yazı izlərim,
Hələ də duyulur kəlmələrində.
Bəxtinə yazılan xoşbəxtlik gülmür,
Ovcunu sıxmısan, qalıb əlində.
 
 
Göz yaşı qəlbləri muma döndərir
Ağla cığırımda, izimdə ağla.
Sənin gözlərinə kədər yaraşmır,
Gözümü gəl verim, gözümdə ağla.
Sənin saçlarında sevdim payızı
 
 
Sənin saçlarında sevdim payızı,
Sevdim yarpaqların sarı rəngini.
Sevdim, saman kimi saralıb gedən
Ömrün xəzan olmuş bu ahəngini.
 
Küləkli havada uçub rəqs edən,
Sarı çiçəklərin tozunu sevdim.
Allahın sevdiyi rəngə boyanmış,
Sən kimi sarışın qızını sevdim.
 
Dünyaya nur saçan Günəşə, Aya
Görəsən nə üçün sarı geyilib?
Bekede meyvenin sariliqindan
Adem terefinden buqda yeyilib.
 
Bu rəng niyə belə hopub ömrümə?
Sanki heyatımda tək bu rəng qalıb.
Sənə son yazdığım eşq məktubu da
Cibdə qaldığından rəngi saralıb.
 
Nə qədər saysan da artmayacaqdır,
On barmaq sayılır, sayanda sayda.
Əgər qismətinde ayrılıq varsa,
Saç ucu düyünlə, bundan nə fayda.
 
Hardan bilərdik ki, ayrılığın da,
Köksündə köklənən sim sarı simdir.
Nə yaxşı, gözünün rengi yaşıldır.
Cənnətdə qovuşsaq mənim bəsimdir.
 Taleh yolları
Ovcumda çəkilən taleh yolları,
Alnımda yazılan qismətdən keçmir.
Həsrətdən gözümün suyu çəkilib,
Daha bu sevgidən gözum su içmir.
 
Yaman soyuq keçir eşqin baharı,
Titrəyən dişlərim dilimi kəsir.
Bu sevgi qəlbimi elə üzüb ki,
Sakit havada da ürəyim əsir.
 
Bu eşqin yükünü çəkən tərəzi,
Oxunu kökləyib kədər, qəm üstə.
Kədərin dadı da çox acı olur,
Süzülüb, qoyulub indi dəm üstə.
 
Share: