Şəhərlərarası sərnişin qatarında PARTLAYIŞ – Yaralılar var

Hindistanda şəhərlərarası sərnişin qatarında partlayış baş verib.

Müstəqil.az Hindistan mətbuatına istinadən xəbər verir ki, partlayış nəticəsində biri ağır olmaqla, üç nəfər yaralanıb. Hadisə vaqonların birində baş verib.

Hələlik partlayışın səbəbi bilinmir. Polis hadisənin terror aktı olduğunu istisna etmir.

Share: