Rusiyanın düşməni havada, suda və quruda məhv edən “kosmik” qırıcıları NƏFƏS KƏSDİ – VİDEO

Rusiyanın “Zvezda” televiziyası yerli istehsal olan 5-ci nəsil geniş potensiala malik “Su-57” qırıcısının manevrlərini görüntüləyib.

Müstəqil.Az Publika.az-a istinadla xəbər verir ki, görüntülərdə Astraxan bölgəsi üzərində uçan 2 qırıcı yer alıb.

Qırıcılar olduqca alçaq hündürlükdə hərəkət edib. Nəfəskəsici manevrlər edən təyyarələr havada 180 dərəcə fırlanaraq izləyənləri təəccüb və həyəcan içində qoyub. Yeni nəsil qırıcıların xarici dizaynı kosmik gəmilərə bənzədilib.

“Suxoi” dizayn bürosu tərəfindən ərsəyə gətirilən qırıcı qarşı tərəfin havadan müdafiə sistemlərinin istifadə edildiyi hava, quru və dəniz hədəflərini və havadan idarəetmə mərkəzlərini məhv etmək qabiliyyətinə malikdir.

Layihəsinə 2,8 milyard dollar xərclənən “Su-57”nin 2019-cu ildə Rusiya Hava Qüvvələrinin xidmətinə veriləcəyi planlaşdırılıb.

 

Share: