Rumıniya Prezidenti: “Avropa böyük humanitar böhranla üz-üzədir”

Avropa ən böyük humanitar böhranlardan biri ilə üz-üzədir.

Bu fikri Rumıniya Prezidenti Klaus İohannis səsləndirib.

“Biz qitəmizin yaxın tarixinin ən böyük humanitar böhranlarından biri ilə üz-üzəyik. Bu böhran qurbanların sayının artmasına, insanların məhvinə, Ukraynanın daxilində və xaricində köç etməsinə səbəb olur”, – dövlət başçısı jurnalistlərə bildirib.

İohannis əlavə edib ki, Buxarest hazırda transatlantik münasibətlərin möhkəmlənməsini, dünyada vətəndaşların azadlığının qorunmasını və demokratiyanın qurulmasını təmin edən tədbirləri dəstəkləyir.

Prezident əmindir ki, NATO və Avropa İttifaqının birgə fəaliyyəti Avropada, xüsusilə Cənub-Şərqi Avropada və Qara dəniz regionunda təhlükəsizliyin möhkəmlənməsinə gətirib çıxaracaq.

Mənbə: life.ru

Share: