“Qarabağ”ın Avropa Liqasındakı iki rəqibi çempionatda heç-heçə edib

“Qarabağ”ın UEFA Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən “Frayburq” klubu Almaniya Bundesliqasında növbəti oyununu keçirib.

“Report”un məlumatına görə, Kristian Ştrayxın baş məşqçi olduğu komanda VI turda Mönhenqladbax “Borussiya”sını qəbul edib.

Qarşılaşma qolsuz bərabərliklə başa çatıb. Xallarının sayını 13-ə çatdırıb “Frayburq” liderliyi əldən verərək ikinci pilləyə düşüb.

“Olimpiakos” isə Yunanıstan Super Liqasının IV turunda “Volos”u qəbul edib. Matç 1:1 hesabı ilə yekunlaşıb. Qonaqların heyətində 29-cu dəqiqədə Oqnyen Ozeqoviç, meydan sahiblərində isə 76-cı dəqiqədə Yusuf El-Arabi fərqlənib.

Xallarının sayını 8-ə çatdıran Pirey təmsilçisi 3-cü sırada yer alıb.

Share: