Ramiz Qafarov oyun vaxtı vəfat etdi

Tanınmış diktor Ramiz Qafarov vəfat edib.

“Qafqazinfo”nun məlumatına görə, o, bu gün axşam saatlarında ürəktutmasından dünyasını dəyişib.

Məlumata görə, onun “Spartak” – “Xarı bülbül” voleybol matçında halı pisləşib və R.Qafarovun həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, Ramiz Qafarov həm də, “Qarabağ”ın ev oyunlarında stadionun diktoru idi.


Share: