HƏMAS İraqdakı ABŞ hərbi bazasına PUA ilə hücum etdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

ABŞ-nin İraqın qərbindəki hərbi bazasına PUA hücumu olub.

PUA ABŞ-nin Ənbar əyalətindəki Ayn əl-Əsəd hərbi bazasını vurub. Hücuma görə məsuliyyəti HƏMAS-ın İraqdakı qolu öz üzərinə götürüb.

Dağıntı və insan ölümü barəsində məlumat verilmir.

Xatırladaq ki, oktyabrın 22-də Ayn əl-Əsəd hərbi bazası “İraq İslami Müqavimət” hərəkatı tərəfindən raket hücuma məruz qalıb. Oktyabrın 19-20-də bazaya PUA zərbələri endirilib.

Mənbə: MK.ru

Share: