Rafiq Tağının qızı ilə müsahibə: “O tabutdakı mənim atam ola bilməz!… “

Rafiq Tağı Masallı torpağının (Təklə Ərazi vahidi) yetirdiyi ən gözəl 2-3 yazarından biridir. Həyatı, bəzi düşüncələri bəzi anlarda ziddiyyətli olsa da, həyatı faciəli bitsə də Rafiq Tağı unudulmaz, olduqca bənzərsiz bir insan idi. Onun qızı ilə müsahibənin maraqlı olacağını nəzərə alıb, izləyicilərə təqdim edirik.


Rafiq Tağı… Bu adın ardınca heç nə yaza bilmir adam. Və adam o vaxt heç nə yaza bilmir ki, ya sözü olmur, ya da həddindən artıq çox olur.

Rafiq Tağı barədə acı-şirin təəssüratlarım o qədər çoxdur ki, yazmaqla bitməz. Yazıçı kimi… Həkim kimi… Dost kimi… İnsan kimi…

Amma bu dəfə onu Ata kimi xatırlayacağıq: faciəli ölümünün ildönümündə, qızı Qəmərlə… Kulis.az-ın “Atamın xatirəsi” layihəsində...

– Əvvəlcə özünü təqdim elə, tanımayanlar tanısın…

– Qəmər Tağılı. Bakı Dövlət Universitetinin Ekologiya və torpaqşünaslıq fakültəsində ekologiya ixtisası üzrə təhsil alıram. 18 yaşım var. İkinci k

– Atan səni həkim görmək istəyirdi, məncə…ursdayam.

Rafiq Tağının qızı ilə müsahibə: “O tabutdakı mənim atam ola bilməz!... “

– Yox. Bunu mən özüm arzulayırdım. Atam gözəl həkim idi deyə bu peşəni sevdirmişdi mənə. O, istəmirdi həkim olmağımı. Deyirdi, ağır işdir, çətinlikləri çoxdur. Yayındırırdı məni. Qismət… Amma çox istəyərdim atam kimi həkim olum. Məncə onun humanistliyi həm də həkimliyindən gəlirdi. Gözəl həkim, gözəl yazıçı, gözəl insan…

– Səncə asandı belə olmaq?

– Yoox (gülür). Çox çətindi, bilirəm. Amma həmişə arzulamışam.

– Bütün yaşananlara rəğmən, Rafiq Tağı deyəndə mənim yadıma ilk olaraq bir topa işıq düşür… Sən ilk nəyi xatırlayırsan?

– Yaxşılıq sözünü. Çünki o, ata kimi mənə həyatda hər şeyin ən yaxşısını öyrədib. Atam məni də, qardaşımı da

tam inandırdıb ki, insan düşdüyü vəziyyətdən asılı olmayaraq insanlığını, humanistliyini itirməməlidir. Eyni zamanda ekstremal şəraitdə təmkinli olmağı öyrədib. Sadəcə sözdə deyil, hərəkətlərində, davranışlarında da! Heç o hadisə baş verən gün də bizə heç nə bildirmədi.

Rafiq Tağının qızı ilə müsahibə: “O tabutdakı mənim atam ola bilməz!... “


– Uşaq idin onda…

– 10-cu sinifdə oxuyurdum. Qapını mən açdım. Əynində palto vardı. Heç bir qan

ləkəsi-filan yox idi. Üzünə baxanda da heç bir şey hiss etmədim. Əyin-başı da həmişəki kimi səliqəli idi. Yerişində də qeyri-adi heç nə yox idi. Bircə ondan şübhələndim ki, məni qucaqlamadı. Axı o, həmişə işdən gələndə mənimlə qucaqlaşıb görüşürdü… Bu dəfə sadəcə “Qızım necəsən?” – söylədi. İçəridə anama deyəndə eşitdim. Dedi, uşaqlara bildirmə, məni bıçaqlayıblar. Ana da inanmadı. Çünki inanılası heç nə yox idi. Paltonu çıxarandan sonra məlum oldu hər şey.

– Deyirlər, mühafizəkar olub ailədə…

– Nə mənada?

– Yəni, qadının qadın yeri, kişinin kişi…

– Hə. Amma bu, sözün yaxşı mənasında belə idi. Bizi incidəcək, qəlbimizə dəyəcək həddə yox.

– Qardaşın səndən böyükdür də…

– Hə. O, 91-dir. Ali məktəbi də bitirib, əsgərliyini də çəkib.

Rafiq Tağının qızı ilə müsahibə: “O tabutdakı mənim atam ola bilməz!... “

– Tərəfkeşlik olmasın, nədənsə mənə elə gəlir ki, səni qardaşından çox istəyirdi…

– Yox-yox… Elə deyildi… Bizə fərq qoymurdu. Sadəcə bir deyim var ki, qızlar atalara daha yaxın olur, o mənada belə görünür. Mən gözümü açandan atama çox bağlı olmuşam. Düzdür, anamı da çox sevirəm, amma atamla başqa cür idi. Biz həm də yaxın dost idik.

– Son görüşünüzü necə xatırlayırsan?

– Məni dərsə həmişə o yola salırdı. Avtobusa qədər. Hadisə olan gün də dayanacağa qədər gəldi. Elə bil nəsə dammışdı ürəyimə. Dedim, ata, artıq böyümüşəm, özüm gedərəm, səni zəhmətə salmaq istəmirəm. Etiraz elədi. Dedi, nə qədər sağam, səni özüm yola salacam, özüm də qarşılayacam. Həmin axşam hadisə baş verdi. Gedib xəstəxanada baş çəkdim. Məni buraxmırdılar ki, pis olarsan. Amma getdim…

Çox tərləmişdi, halsız idi, alnından öpdüm, kövrəldim. Məni sakitləşdirdi. “Narahat olma, qızım, yaxşıyam” – dedi. Bundan sonra bir dəfə də telefonda danışdıq. Yenə mənə təsəlli verdi, dedi, hər şey yaxşı olacaq.

Axırıncı gün də gedəcəkdim, alınmadı. Sonra da özümü bağışlamadım. Gərək gedərdim… Bir məsələ də var ki, heç kim öləcəyinə inanmırdı. Özü də nikbin idi. Qəfil oldu.

Rafiq Tağının qızı ilə müsahibə: “O tabutdakı mənim atam ola bilməz!... “

– Yazılarını nə vaxtdan oxuyursan?

– Ağlım kəsəndən oxuyuram. Yazılarını oxumağıma elə də maraqlı deyildi. Dərslərimə üstünlük verirdi. Amma, təbii,

izləyirdim. Sonuncu yazısı da yadımdadır: “İran və qloballaşma qaçılmazlığı”. Hadisədən sonra oxudum yazını. Bizə bildirməmişdi bu barədə. Hadisədən bir az əvvəl həbs olunduğu üçün narahat idik yazılarından. Ona görə bildirmirdi. Atanın bir iş rejimi vardı: işdən gəldi, bir az dincəlir, dostlarıyla telefonda danışır, saat 11 radələrində yatırdı. Saat 5-dən klaviaturanın səsini eşidirdim. O səsə oyanırdım çox vaxt. İşi olmayan gün kompüterin qarşısında qoyub məktəbə gedir, qayıdanda yenə eyni şövqlə yazdığını görürdüm. Səmimi deyim, qorxu vardı içimdə, narahat olurdum. Gəlirdim yanına, ata, bir az yumşaq yaz, deyirdim… “Narahat olma, qızım!” – deyirdi. Həm də fəxr edirdim atamla! Böyük adam olduğunu bilirdim.

– Tutulanda necə, yanına getdin? Lap uşaq idin, ona görə soruşuram…

– Bir dəfə dayım apardı məni. Atam gördü pis oluram, uzun görüşmədi bizimlə. Ayrılanda kövrəlib ağladım. Ayrılıq pis şeydir!

– Evdə həkim kimi necə idi? İynə vururdu, məsələn, yoxsa əli gəlmirdi?

– Vururdu. Mən indi də iynədən qorxuram. Amma nədənsə atam vuranda qorxmurdum. Elə bilirdim onun əli ilə ağrıtmaz. Ona həkim kimi də çox inanırdım. Bizi xəstəliklərlə bağlı çox maarifləndirmişdi. Xəstələnəndə həmişə onun söylədiklərini xatırlayıram. Başqa həkimlərə çox da inanmıram. İnana bilmirəm. O, təkcə ata kimi deyil, həkim kimi də yanımızdadır həmişə.

Rafiq Tağının qızı ilə müsahibə: “O tabutdakı mənim atam ola bilməz!... “

– Kitabına sənnən olan şəklini verib…

– Həəə… O gün heç yadımdan çıxmır. Sarı don geyinmişdim. Hansısa fotostudiyaya apardı məni. Uşaq idim, ünvan yadımda qalmayıb. Çox gözəl gün idi…

– Zarafatlaşırdı heç?

– Həəə… Başına gələn məzəli əhvalatları elə gözəl danışırdı ki… Özü də bizə qoşulub gülürdü. Gözündən yaş gələnəcən… Çox sevirdi gülməli əhvalatları.

– Dəfn günü sənin səsini eşitdim: “O tabutdakı mənim atam ola bilməz! Yalan deməyin! Atam heç vaxt məni qoyub getməz!” İnanmaq çox çətin oldu?

– Çox! İnanılmaz dərəcədə… Amma oxucularının, dostlarının onu unutmaması bizə böyük təsəlli oldu. Atam böyük adamdır. Təmiz yaşadı, hamıya yaxşılıq elədi, gözəl əsərlər yaratdı, həyatda böyük iz qoydu. Belə ömür hər kəsə nəsib olmur.

Share: