Qazaxlarla ermənilər arasında kütləvi dava – 1 ölü, 3 yaralı

Qazaxıstanın Karaqanda şəhərində ermənilərlə qazaxlar arasında dava-dalaş ölümlə nəticələnib. Modern.az Qazaxıstan mətbuatına istinadən xəbər verir ki, hadisə yanvarın 2-nə keçən gecə Karaqandadakı “Qədim Roma” restoranında baş verib.
Məlumata görə, 1 nəfərin öldüyü, daha 3 nəfərin isə müxtəlif dərəcədə yaralandığı olayı ermənilər törədiblər.

Hüquq-mühafizə orqanları Qazaxıstan Cinayət Məcəlləsinin 99-cu (qətl) və 293-cü (xuliqanlıq) maddələri ilə cinayət işi açıblar.

Hazırda istintaq aparılır. Artıq münaqişə iştirakçılarından 3 nəfər saxlanılıb, 1-i isə axtarılır.

Sosial şəbəkələrdə bu münaqişənin millətlərarası təməl üzərində qurulduğu qeyd edilir. Bildirilir ki, olay qazax və erməni milliyətindən olan iki qrup arasında baş verib.

Müstəqil.Az

Share: