Boksçu Pyotr Poroşenkonun cangüdəni öldürdü…

Ukraynalı boksçu Pyotr Oçeretyanıy Prezident Pyotr Poroşenkonun cangüdəni Vasili Xmelyuku öldürüb.

Müstəqil.Az Azvision.az-a istinad edərək  xəbər verir ki, 25 yaşlı Vasilinin yaşadığı kompleksin ərazisinə yaxınlaşarkən itlərini gəzdirən Pyotrla mübahisəsi düşüb. Nəticədə boksçu Xmelyukun başından yumruq zərbəsi vurub. Yerə yıxılan cangüdən keçinib.

Törətdiyi cinayətə görə idmançını 15 ilədək həbs gözləyir.

Müstəqil.Az

Share: