Milli komandamız Antalyada təlim-məşq toplanışı keçəcək. Bu müddətdə”Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovunəsas köməkçisi Elçin Rəhmanov və fiziki hazırlıq üzrə məşqçi Çudomir Çakarov da yığmanın düşərgəsində olacaq. Belə olan halda hazırda Antalyada təlim-məşq toplanışında olan “Qarabağ”a kim rəhbərlik edəcək?
Müstəqil.Az-ın Fanat.az-a istinadən yaydığı xəbərə görə, Ağdam klubuna kimin başçılıq edəcəyi müəyyənləşib. “Qarabağ”ı Qurban Qurbanovun olmadığı müddətdə məşqlərə Rəşad Sadıqov çıxaracaq.
Qeyd edək ki, “Qarabağ”ın və millinin kapitanı olan Rəşad Sadıqov son mövsümdə Ağdam klubunun U-19 komandasına başçılıq edib. Hazırda isə o, Azərbaycanın U-20 və U-21 yığmalarına başçılıq edir.
Müstəqil.Az