“Oskar”lıq film plagiat çıxdı

Bu ilin “Oskar” mükafatı qalmaqallı keçəcək. Belə ki, ali mükafata 13 nominasiya üzrə namizəd sayılan “Suyun forması” filmi plagiatlıqda ittiham edilir.

Müstəqil.Az The Guardiana istinadən xəbər verir ki, filmin ssenarisi Pulitser mükafatçısı Pol Zindelin əsərindən götürülüb. Mərhum Zindelin oğlu Deyvid Zindel bu barədə iddia qaldırıb. O bildirib ki, filmin ssenarisi atasının 1969-cu ildə yazdığı “Qoy sənin pıçıltını eşidim” romanından birəbir köçürülüb.

“Suyun forması” filmində lal-kar təmizlikçi qadın laboratoriyada yetişdirilib saxlanılan amfibiya canlıya aşiq olur və onu ordan xilas etmək istəyir. Pol Zindelin də əsəri də eynilə belədir, yalnız bir fərq var: burada xadimə delfinə bağlanır və onu xilas etmək istəyir.

“Təəssüf ki, mənim atam böyük mükafat sahibi olsa da, dünya şöhrətini qazana bilmədi. Böyük film şirkəti də bundan istifadə edib, onun əsərini oğurlayıb. İndi haqqımızı qorumaq üçün geri çəkilməyəcəyik”, – deyə D.Zindel bildirib.

Şəfiqə ŞƏFA

Share: