Qadınlar kişilərin azlığından şikayətçidir…

Məşhur aktrisa və sənətçilərin vətəni olan Avstraliyada kişi qıtlığı yaşanır.
 
Müstəqil.az xəbər verir ki, Avstraliyada kişilərin sayında azalma müşahidə olunur. Ölkənin böyük şəhərlərində yaşayan qadınlar, sevgilərini tapmaq üçün xaricə üz tuturlar.
“McCrindle” adlı araşdırma şirkətinin hesabatına görə ölkənin 8 əyalətinin 6-da qadınların sayı kişilərdən 100 min dəfə çoxdur. Araşdırmada körpə qız uşaqlarının doğumlarının oğlan uşaqlarına nisbətdə sürətlə artdığı qeyd olunub. Son iki ildir 20-35 yaş arasındakı qadınların ailə qurmaq üçün kişi tapmaqda çətinlik çəkdiyi bildirilir.
Ölkədə kişi sayının ən çox müşahidə olunduğu yerlər Tasmaniya və Viktoriya şəhərləridir. Buna səbəb kişilərin iş tapmaq üçün xarici ölkələrə üz tutmalarıdır.
Qeyd edək ki, Avstraliya aktrisa Nikol Kidman, müğənni Kayl Minoq və supermodel Miranda Kerr kimi məşhurların ana vətəni kimi də tanınır.

Share: