Qəndildə terrorçulara AĞIR ZƏRBƏ – 35 nəfər öldürüldü

İraqın şimalında Qəndil bölgəsində həyata keçirlə hücumlarda 35 terrorçu zərərsizləşdirilib.

Müstəqil.Az Publika.az-a istinadla xəbər verir ki, bununla bağlı Türkiyə Silahlı Qüvvələri məlumat yayıb.

Yayılan açıqlamada bildirilir ki, iyunun 15-də hava hücumları nəticəsində 35 terrorçunun zərərsizləşdirildiyi bəlli olub.

Dünən axşam Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğa televiziyadan Qəndilin vurulması barədə açıqlama vermişdi. Hücumun detalları barədə Türkiyə Silahlı Qüvvələrinin açıqlama verəcəyini deyən Ərdoğan “Son əməliyyatlar çox önəmlidir, onların iclas mərkəzlərini vurduk. İclasdaykən vurduq”-deyə, əlavə edib.

Share: