Prezident İlham Əliyev təhsil müəssisələrinə baş çəkdi – FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 12-də Bakının Səbail rayonunda Həbib bəy Mahmudbəyov adına 2 nömrəli texniki-humanitar liseydə əsaslı təmirdən sonra yaradılan şəraitlə tanış olub.

Dövlətimizin başçısına liseydə görülən işlər barədə məlumat verildi.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 12-də Bakının Səbail rayonunda general-leytenant Kərim Kərimov adına 8 nömrəli tam orta məktəbdə yenidənqurmadan və əsaslı təmirdən sonra yaradılan şəraitlə tanış olub.

Dövlətimizin başçısına məktəbdə görülən yenidənqurma və əsaslı təmir işləri barədə məlumat verildi.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 12-də Bakının Nizami rayonunun Keşlə qəsəbəsindəki 227 saylı tam orta məktəbdə əsaslı təmirdən sonra yaradılan şəraitlə tanış olub.

Dövlətimizin başçısına təhsil ocağında görülən işlər barədə məlumat verildi.

Share: