PKK-dan çarəsiz çağırış: Türkiyəni dayandırın!

Türkiyənin Afrin əməliyyatına hazırlıq prosesi çərçivəsində Suriya sərhədinə əlavə qüvvələr cəlb etməsindən qorxuya düşən PKK beynəlxalq ictimaiyyətdən yardım istəyib.

Müstəqil.Az xəbər verir ki, PKK-nın Suriya qolu olan PYD/YPG-nin sözçüsü Nuri Mahmud dünya ictimaiyyətindən Türkiyəni dayandırmasını istəyib.

“Afrin yalnız qalmayacaq” ifadəsini səsləndirən Mehmud bütün kürdlərin həmrəylik nümayiş etdirəcəyini bildirib.

Qeyd edək ki, PKK tərəfdarları ötən gün Fransanın Paris, Marsel şəhərləri ilə yanaşı İsveçrənin Surix şəhərində yerləşən Türkiyə konsulluqları qarşısında etiraz aksiyaları keçirib.

Orxan

Share: