Pilot sərxoş halda 300 sərnişinlə uçmağa cəhd etdi…

Britaniya polisi sərxoş vəziyyətdə London hava limanından 300 sərnişinlə Mavrikiyaya uçmağa hazırlaşan pilotun əməlinin qarşısını alıb.

“Report” “Daily Mail”ə istinadən xəbər verir ki, pilotun spirtli içki qəbul etdiyini kabinaya yaxın əyləşən sərnişinlər hiss ediblər.

Bununla əlaqədar olaraq, hüquq-mühafizə orqanları əməkdaşları çağırılıb. 49 yaşlı kişi saxlanılıb. Sərnişinlər başqa bir pilotla kiçik gecikmə ilə Mavrikiyaya yollanıblar.

Müstəqil.Az

Share: