Özil “Arsenal”ı tərk edir?

İngiltərənin “Arsenal” klubunun türk əsilli ulduzu Məsud Özil bu mövsüm komandada qalacaq.

Müstəqil.Az xəbər verir ki, bu barədə futbolçu yaxınlarına danışıb. O, daha çox çalışıb, start heyətə düşmək istədiyini bildirib.

Qeyd edək ki, Özilin İtaliyanın “İnter” klubuna transfer olunacağı iddia edilirdi.

Aqşin

Share: