Ankara şəhərində Yeni il və 31 dekabr Dünya Azərbaycanlıları Həmrəylik günü qeyd olunub

Ankara şəhərində Yeni il və 31 dekabr Dünya Azərbaycanlıları Həmrəylik günü qeyd olunub
 
Türkiyə Respublikasının paytaxtı Ankara şəhərində yerləşən Heydər Əliyev Parkında “Buta” Azərbaycan Mədəniyyətini Təbliği Mərkəzinin təşkilatçılığı ilə Yeni il və 31 dekabr Dünya Azərbaycanlıları Həmrəylik günü qeyd olunub. Müstəqil.Az xəbər verir ki, ilk öncə parkın içərisindəki Ulu Öndər Heydər Əliyevin heykəlinin ziyarəti ilə başlayan tədbirdə Ankara şəhərində yaşayan ziyalılar, ictimaiyyət fəalları, tələbələr və paytaxt sakinləri iştirak ediblər. Tədbiri giriş sözü ilə açan “Buta” Azərbaycan Mədəniyyətini Təbliği Mərkəzinin rəhbəri Nurlan Yusifov gələn qonaqları Yeni il və 31 dekabr Dünya Azərbaycanlıları Həmrəylik günü münasibəti ilə təbrik edərək bu günün Azərbaycan tarixindəki yerindən bəhs edib. N.Yusifov bildirib ki, ötən əsrin 90-cı illərinin əvvəllərində erməni təcavüzünün, daxili çəkişmələrin yaratdığı problemlər, ölkəmizin düçar olduğu dərin böhran şəraitində yenidən hakimiyyətə qayıdan görkəmli dövlət xadimi Heydər Əliyev xalqı bir araya gətirmək, xaricdə Azərbaycan diasporunu formalaşdırmaq və təşkilatlandırmaq üçün fəal iş aparıb və məqsədinə nail olub. Bu gün də eyni istiqamətdə cənab prezident İlham Əliyev tərəfindən məqsədyönlü fəaliyyətin davam etdirildiyini qeyd edən təşkilat sədri rəhbəri olduğu Buta” Azərbaycan Mədəniyyətini Təbliği Mərkəzinin yeni qurulmasına baxmayaraq, paytaxt Ankarada artıq bir çox işlər gördüyünü, önümüzdəki il də fəaliyyətini aktiv şəkildə davam etdirəcəyini bildirib.
Daha sonra tədbir Türkiyədə yaşayan və fəaliyyət göstərən musiqiçilər Arzu və Möhsün Qurbanilərin, Rafiq Əsgərovun iştirakı ilə milli musiqilərimizdən ibarət konsert proqramı ilə davam edib.
Müstəqil.Az
 
Share: