Oxu.az – Şəmkirdə ev yanıb

Şəmkir rayonunda ev yanıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Dəllər Cəyir kəndində ümumi sahəsi 160 kv.m olan birmərtəbəli, dörd otaq və aynabənddən ibarət evin üç otağının yanar konstruksiyaları, qamışdan ibarət dam örtüyü 135 kv.m sahədə yanıb.

Yanğın söndürülüb.

Share: