Argentina vitse-prezidentinə hücum edən şəxsin nişanlısı həbs edildi

Argentina polisi vitse-prezident Kristina Fernandes de Kirşnerə hücum edən Fernando Sabaq Montielin nişanlısını həbs edib.  

Fernandonun nişanlısı Brenda Uriartenin vitse-prezidentə hücumda əli olduğu bildirilir. O, şübhəli şəxs qismində həbs edilib. Videogörüntülərdən müəyyən edilib ki, Montiel Fernandes de Kirşnerin evinə nişanlısı ilə birlikdə gəlib.

Xatırladaq ki, Montiel Buenos-Ayresdəki evinin qarşısında vitse-prezidentə hücum edib. O, Kristina Kirşnerin tərəfdarlarının izdihamı arasında olub və vitse-prezidentə çox yaxınlaşaraq silahı doğrultmağı bacarıb. Silahdan atəş açılmayıb və siyasətçi xəsarət almayıb.

Fernando Sabaq Montielin 20 ildən artıqdır Argentinada yaşayan 35 yaşlı Braziliya vətəndaşı olduğu ortaya çıxıb.

Mənbə: TASS

Share: