Narkoloji mərkəzdə dəhşətli yanğın..43 yanğın söndürmə maşını və 160 şəxsi heyət cəlb olundu…

Respublika Narkoloji Mərkəzinin birmərtəbəli korpusunda bu gün səhər baş vermiş yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin 43 maşın və 160 nəfər şəxsi heyəti cəlb olunub.

Yanğınsöndürənlər 7 dəqiqəyə hadisə yerinə çatıb.

Saat 06.10-da başlayan yanğın 08.30-da tam söndürülüb.

Hadisə nəticəsində 25 nəfər ölüb, 31 nəfər yanğından xilas edilib.

Share: