Avropa Şurasının Baş katibi Yaqland Narkoloji mərkəzdəki hadisə ilə bağlı başsağlığı verdi…

Avropa Şurasının Baş katibi Turbyorn Yaqland Bakıda Respublika Narkoloji Mərkəzində baş vermiş yanğınla əlaqədar başsağlığı verib.

Bu barədə Avropa Şurasının məlumatında deyilir.

T.Yaqland baş verən hadisə ilə əlaqədar dərindən kədərləndiyini bildirib:

“Mən öz adımdan və Avropa Şurasının adından həlak olanların ailələrinə, Azərbaycan rəhbərliyinə və xalqına başsağlığı bildirirəm. Avropa Şurası bu faciəvi anda Azərbaycan xalqının yanındadır”.

Share: