Muradı xilas etmək üçün yardım edək – İnsanlığa müraciət!..

2003-cü il təvəllüdlü Abudzadə Murad Aqil oğlu dəhşətli xəstəliyə düçar olub. Amma onun xilası mümkündür.

Müstəqil.az Muradın ailəsinin müraciətini təqdim edir:

“Əziz dostlar! Ailəmiz çox çətin bir sınaqla üzləşib. İki ay bundan əvvəl qapımızı böyük bir bəla döydü… Balamız, ümid yerimiz, ömrümüzün sevinci ağır bir xəstəliyə düçar oldu. İyul ayının sonunda Muradın boyun nahiyəsində şişlər əmələ gəldi. Təbii ki, təcili şəkildə həkimlərə müraciət etdik və tezliklə ən qorxulu yuxularda da görmədiyimiz, ağlımıza belə gətirə bilmədiyimiz dəhşətli bir diaqnoz – T hüceyrəli limfoblast limfoma hamımızı şoka saldı.

Ailəmiz həkimlərlə birlikdə xəstəliyə qalib gəlmək üçün var gücü ilə mübarizəyə başladı, lakin bütün səylərə, bir neçə kimyaterapiya kursu qəbul etməsinə baxmayaraq, xəstəlik təslim olmaq istəmir. Həkimlərin gəldiyi nəticəyə görə, əziz balamızı yalnız sümük iliyi köçürməsi – transplantasiyası xilas edə bilər.

Əziz dostlar, ürək ağrısı və böyük ümidlərlə sizə – bu paylaşımı oxuyan hər kəsə müraciət edirik: səsimizə hay verin və bizim Muradımıza normal həyatına , təhsilinə, ailəsinə və dostlarına qovuşmağa kömək edin.

Bütün analizlərin, müayinələrin cavablarının surətlərini və sümük iliyi transplantasiyası üçün lazım olan məbləğin toplanması məqsədilə yaradılmış hesab nömrəsini sizə təqdim edirik. Ümid edirik ki, Muradımızdan köməyinizi əsirgəməyəcəksiniz.
050 5966211 Aqil ( Muradın atası)”.

Ətraflı məlumat burda:

https://www.facebook.com/permalink.php?story_fbid=454233828317824&id=453509451723595

 

Share: