“Minsk qrupunun həmsədri kimi Rusiya səylərini artıracaq”

“Rusiya ATƏT-in Minsk qrupunun həmsədri kimi Dağlıq Qarabağ münaqişəsi ətrafındakı sülhməramlı prosesdə effektivliyini artırmaq niyyətindədir”.

Bunu Rusiyanın Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova həftəlik brifinqdə deyib.

Rusiyanın bu il ATƏT-in Minsk qrupunun həmsədri kimi aktivliyini qorumaq və artırmaq niyyətində olub-olmamasıyla bağlı suala o belə cavab verib: “İlk növbədə, işin effektivliyini yüksəltmək lazımdır”.

“Məncə, hamı elə bununla məşğuldur”, – M.Zaxarova əlavə edib.

Müstəqil.Az

Share: