Milyarder ölkənin qənaət planı..Qüvvəyə minən yeni qanunu…

Müstəqil.az Əl Ərəbiyə telekanalına istinadən xəbər verir ki, Küveytdə yaşamaq hüququ alan şəxslərdə xəstəlik aşkarlanarsa deportasiya olunmayacaq. Ancaq, xərçəng, diabet və başqa xəstəliklərdən əziyyət çəkənlər Küveytə iş üçün gələrsə, artıq onlara daimi yaşamaq izni verilməyəcək.
Ölkənin səhiyyə nazirliyində 22 xəstəliyin siyahısı hazırlanıb. Bu siyahıdakı xəstəliklərin daşıyıcıları üçün ölkədə daimi yaşamaq hüququnun perspektivi yoxdur.
Xərçəng və diabetlə yanaşı böyrək çatışmazlığı, yüksək qan təzyiqi, diareya xəstəlikləri də bu siyahıya daxildir. Amma, artıq ölkədə yaşamaq hüququ almış şəxslərdə bu xəstəliklər aşkar olarsa ölkədən deportasiya olunmayacaq.
Yeni məhdudiyyət tədbirləri ölkədə səhiyyə xərclərinin azaldılmasına, həm də ölkəyə qabiliyyətli işçi qüvvəsinin axınına yönəlib.
Əvvəllər Küveytə giriş və çıxış beynəlxalq qanunlara uyğun aparılırdı. Məhdudiyyət SPİD, gerpes, hepatit B və G, malyariya, sifilis, vərəm, qonoreya xəstəliyi olan şəxslərə tətbiq olunurdu.

Share: