Mehriban Əliyeva Naxçıvan lavaşı ilə qiymə bişirdi – FOTO

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva anası – Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın mətbəxdə hazırladığı ləziz təamların şəkillərini instaqramda paylaşıb.

Publika.az xəbər verir ki, Leyla Əliyeva Mehriban Əliyevanın hazırladığı yeməklərin fotolarını paylaşaraq, onun qızardılmış Naxçıvan lavaşı ilə qiymə bişdirdiyini bildirib. Fotolar izləyicilərin marağına səbəb olub.

Qeyd edək ki, bu, birinci dəfə deyil ki, Leyla Əliyeva anasının bişirdiyi yeməkləri sosial şəbəkədə paylaşır.

Share: