Mətbəx robotunda tapılan insan dişi qorxunc cinayəti ortaya çıxardı

Birləşmiş Ərəb Əmirliklərində Mərakeşli bir qadın başqası ilə  evlənəcəyini deyən sevgilisini öldürərək işçilərə yedizdirib. Dəhşətli cinayət qətlə yetirilən adamın qardaşı tərəfindən mətbəx robotunda olan insan dişi ilə ortaya çıxıb.
Müstəqil.az Moderator.az-a  istinadən xəbər verir ki, cani qadın sevgilisinin cəsədini bişirdikdən sonra Pakistanlı işçilərə yedizdirib.
Polislərin açıqlamasına görə, qadın 7 ildir sevgi münasibəti yaşadığı adamı evlənməkdən imtina etdiyi üçün öldürüb. İstintaq nəticəsində qadının sevgilisini öldürdükdən sonra cəsədini hissələrə ayırdığı və bişirərək “machboos” adı verilən ənənəvi yemək halına gətirərək Pakistanlı fəhlələrə verdiyi qeyd olunub.
Qeyd edək ki, cinayətin təxminən 3 ay əvvəl törədildiyi və qadına qarşı cinayət işinin açıldığı bildirilib.
Share: