Məmmədyarovun oğlunun fərqli doğum günü…

Bu gün FİDE-nin reytinq cədvəlində ikinci yerin sahibi, dünyada 20 yaşadək şahmatçılar arasında ikiqat Dünya çempionu tituluna sahib olan yeganə şahmatçı Şəhriyar Məmmədyarovun doğum günüdür.

Təcrübəli qrossmeysterin 32 yaşı tamam olur.

Şəhriyar Məmmədyarov 1985-ci il aprelin 12-də Sumqayıt şəhərində anadan olub.

1993-cü ildə Şəhriyarın atası ona şahmat oynamağı öyrədib və həmin ilin yayında Şəhriyar, onun ilk şahmat məşqçisi olan Validə Bayramovanın işlədiyi Sumqayıt şahmat məktəbində dərslərə başlayıb.

O, ilk dəfə 1996-cı ildə Şirvan şəhərində keçirilən turnirdə iştirak edərək, turnirin qalibi olub. Həmin ildə Şəhriyar Məmmədyarov Beynəlxalq açıq turnirin C qrupunda birinci yerə çıxıb. 1997-ci ildə Şəhriyar Məmmədyarov Azərbaycan Milli Şahmat Çempionatında ilk dəfə iştirak edərək 2-ci pillədə qərarlaşıb. 2017-ci ildə Məmmədyarov Azərbaycanın şahmat tarixində ilk dəfə dünyanın 3 ən güclüsü sırasında yer alıb. O, dünya şahmat tarixində 2800 Elo reytinq balını keçmiş 13-cü şahmatçı olub. Şəhriyar bu uğura imza atmış ilk müsəlman idmançı kimi də tarixə düşüb.

Məmmədyarovlar ailəsində təkcə Şəhriyar deyil, bacıları Türkan və Zeynəb də beynəlxalq dərəcəli şahmatçılardır.

Dünya şöhrətli qrossmeyster doğum gününü ailəsi ilə birlikdə qeyd edib. O, doğum günü münasibətilə bağlarında öz adına gilas ağacı əkib.

Share: