Leyla Əliyeva qızına doğum günü keçirdi

Dünən Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva övladlığa götürdüyü qızı Əminə üçün doğum günü partisi təşkil edib.

Müstəqil.Az xəbər verir ki, bu haqda Leyla Əliyeva özü instaqram hesabından paylaşım edib.

Partidə L.Əliyevanın əkizləri, əkizlərin atası Emin Ağalarov və bacısı Arzu Əliyevanın uşaqları da iştirak edib.

Əliyeva qızı ilə fotosunu paylaşıb və “sevimli Əminəni doğum günü münasibətilə təbrik edirəm! Allah bütün uşaqları xoşbəxt eləsin!” təbrikini yazıb.

 

  • news detail

 

 

Share: