Lənkəranda mağazadan 20 min manatlıq qızıl oğurlayan şəxs tutulub

Oğurluqda şübhəli bilinən Lənkəran şəhər sakini tutulub.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən “Report”a verilən məlumata görə, Lənkəran Şəhər Raron Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki qızıl satışı mağazalarının birindən 20.000 manat dəyərində qızıl-zinət əşyalarını oğurlamaqda şübhəli bilinən şəhər sakini Vüsal Ağayev saxlanılıb.

Fakt üzrə araşdırmalar davam etdirilir.

Share: