Ermənistana məxsus PUA məhv edilib

 İyunun 19-u səhər saatlarında cəbhənin Füzuli-Xocavənd istiqamətində mövqelərimiz üzərində uçuşlar həyata keçirməyə cəhd göstərən Ermənistan silahlı qüvvələrinə məxsus “X-55” taktiki pilotsuz uçuş aparatı (PUA) Azərbaycan Hərbi Hava Qüvvələrinin bölmələri tərəfindən növbəti dəfə məhv edilib.

Bu barədə “Report”a Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Share: