Kvaratsxeliya “Qızıl top” yarışmasında neçənci olub?

Gürcüstan millisinin və “Napoli”nin hücumçusu Xviça Kvaratsxeliya “Qızıl top-2023” yarışmasında yer tutub.

“Qafqazinfo” xəbər verir ki, 30 nəfərlik namizəd siyahısında 22 yaşlı futbolçu da olub. O, Cud Bellingem, Harri Keyn, Lautaro Martines, Antonio Qrizmann kimi futbolçuları qabaqlayaraq 17-ci yeri tutub.

Xatırladaq ki, “Qızıl top-2023”ün qalibi Argentina millisinin hücumçusu Lionel Messi olub.


Share: