Kayahanın arvadı ilk dəfə sevgilisi ilə – fotolar

2015-ci ildə dünyasını dəyişmiş müğənni Kayahanın 22 illik həyat yodaşı İpek Açar 6 aydır eşq yaşadığı musiqiçi Alper Kömürcü ilə ilk dəfə görüntülənib. 

Müstəqil.az
Türkiyə mediasına istinadən xəbər verir ki, cütlük Açarın qızı Aslı Gönülün xaricdə təıhsil almaq üçün imtahanlara girməsi üçün Ankaraya gedərkən hava limanında kameralara tuş gəlib. Sevgilisinin yanında olmasından xoşbəxt olduğunu bildirən İpek “Aslı ABŞ və ya İngiltərədə təhsil almaq üçün hər iki ölkənin imtahanlarına girəcək” deyib.

Xatırladaq ki, İpek Açar Alperlə sevgili olmazdan əvvəl “İnsan ürəyi boş olanda onu doldurmaq istəyər. Kiminləsə sevgili olmaq ağlımın ucundan keçmir. Çünki mənim ürəyim Kayahanla doludur. Ürəyimin sahibi dünən də, bu gün də Kayahandır” demişdi.

Share: