Kamal Abdulla: Qadın evdə oturub övladlarına, ailəsinə baxsa daha yaxşıdır…

Kamal Abdulla: Qadın evdə oturub övladlarına, ailəsinə baxsa daha yaxşıdır…

Faiq BALABƏYLİ

Kamal Abdulla çox gözəl bir müsahibə verib, o müsahibədə çox gərəkli mətləblərə toxunub və  həm də belə deyib: Qadın evdə oturub övladlarına, ailəsinə baxsa daha yaxşıdır.

Çox düz deyib, çox yaxşı deyib, daima aktual olan bir məsələyə toxunub.
Kamal Abdulla deməyib ki, qadın evdə kölə olmalıdır. Heç deməzdə. Sosial nüfuzu, təcrübəsi, savadı, dünyaya baxışı, yaradıcılığı buna imkan da verməz.
Övladına, ailəsinə, evinin qayğısına qalan qadın əsl xanımdır, xanımlar xanımıdır və anadır, həyat yoldaşıdır, qulaq yoldaşıdır və sair.

Kamal Abdulla yaradıcılığı Türkiyə portallarında - AZƏRTAC
Müsahibəni konteksdən çıxararaq bir ziyalı, alim, şair, yazıçı haqda iyrənc ifadələrə rəvac verdirmək isə tərbiyəsizlikdir, lap belə iki addım da qabağa gedib belə də demək olar: əxlaqsızlıqdır.
Adam nə deyir ki? Demir ki, qadın təhsil almasın, işləməsin, karyera qurmasın… Onlarında vacibliyini qeyd edir, əgər qadın hər hansı bir işi yerinə yetirmək, başa çatdırmaq, davam etdirmək, ailəsinə, balalarına, cəmiyyətə, ölkənin müxtəlif sahələrində nailiyyətlərə imza atacaqsa, niyə də olmasın?

Qadın böyük qüvvədir, sözssüz. Qadınlara görə ölkələr arasında müharibələr olub, müharibələrə son qoyulub, saziışlər imzalanıb.

Qadın böyük qüvvədir, ölkələri fəth edən fatehləri, viran qoyan tiranları dünyaya gətirib, süd verib, tərbiyəsi ilə məşğul olub, ərinin təkcə yataq yoldaşı olmayıb, çiyin yoldaşı, silahdaşı olub. OLUB. Qadın peyğəmbərləri, imamları, milli və xalq qəhrəmanlarını doğub. Qadından evinin, ailəsinin, balasının yanında daha çox olmasını arzulayan kişilərin əkdiyini sağ salamat, uğurla başa çatdırıb.

Yəni özündən ən azı 1-2 addım irəlidə olan kişisinin yanında olub.

Hansısa yüksək vəzifədə olan qadınlarımız olub, var, olacaq. Sərkərdəlik ediblər, qılınc götürüblər, at çaöıblar, müharibələrdə iştirak ediblər, təyyarə sürüblər, gəmi idarə ediblər. Bu gün də belədir.
Tanıdığımız, tanımadığımız yüzlərlə qadın var,  İşdə böyük bir kollektivə rəhbərlik edib,  evində isə oturub ailəsinin, övladlarının yanında olub, qayğısına qalıblar. Ana, ev xanımıdırlar eyni zamanda.
O qadınlar böyük qadındır; anadır, xanımdır… Həm çalışdığı sahədə, həm də evində ailəsinin, balalrının yanındqdır, onlara dəstəkdir, onlarla daha rahat, daha güvənclidir.
Az eşitməmişik, deyiblər, halal olsun, KİŞİ KİMİ QADINDIR. Ən böyük qiymət, dəyər kimi xarakterizə olunmaqdır bu ifadə.
Bu ifadəni də az eşitmirik: Biz də bundan kişilik gözləyirik, arvasd kimidir, arvadağızdır, ARVAD OĞLU ARVADın biridir.
Qadını arvad səviyyəsinə qədər endirirlər. Baxmayaraq ki, ARVAD sözü və bu məhfum da çox yüksək meyarlıdır, bəzən ifadələrdə bir qədər aşağalanmış kimi çatır.
Mətləbdən uzaqlaşmayaq, fikrimcə Kamal ABDULLA çox düzgün deyib, yaxı edib deyib və bütün rakuslardan baxanda çox gözəl müsahibə verib, haqlıdır.
Razılasşmayanlar var. Olsun. Əmin edirəm ki, fikir bildirənlərin 99 faizi müsahibəni dinləməyib. Yaxud dinləyiblər, lakin ailənin, övladın necə müqəddəs olmasını dərk etmək istəməyiblər. Övlad ana nəvazişi görməlidir.

Əlbət də, qadın da işləməlidir, yeniliklərə imza atmalı, savadını, bacarığını göstərməli, öndə olmalıdır. Eləcə də  ailəsinə – ərinə, övladına dəstək olmalıdır.
Əvvəllər bizim tərəflərdə (Mən Cəlilabadlıyam) deyərdilər: Kişi çöldən, qadın içəridən ev tikər, yurd salar, binə qurar. Yəni,  əl-ələ verərlər, güzəranlarını qurarlar.
Kəndimizdən işləyən qadınları çoxdur; Həkim, müəllim, şəfqət bacısı, mühəndis, yüksək rütbəli polis zabiti, məhkəmə işçisi, elmi işçi, qələm adamı, jurnalistika, iqtisadiyyat, təlim-tərbiyə, fermer təssərrüfatı, əkinçilik və sair sahələrdə çalışanlar. Hamısı da işdən sonra ailəsinin, övladının, evinin, eşiyinin yanındadır. Hamısı da işdən sonra ev xanımıdır, yemək bişirir, paltar yuyur, evin, həyət bacanın tərində təmizliyindədir, anadırlar.
Mən o qadınlardan bəhs etmirəm ki, daha Azərbaycan, Türk xanımına, qadınına yad olan xarakteri özünə formalaşdırır. Mən o tipdə olanları canlı insan sayıram, qadın yox…

P,S. Açığı belə yazılar yazanda bəzən ehtiyat edirəm. Çox vaxt “Ağzıgöyçək” deyilən ağzı yavalar adama hücum çəkir, yarınmaqda, kiməsə xoş gəlməkdə suçlayır. Allah da, elə Kamal Abdullada; Mənim Kamal müəllimlə heç bir şəxsi tanışlığım yoxdur, olmayıb. Əsərlərini oxumuşam. “Yarımçıq Əlyazma”sı haqda fikrimi yazmışam, oxumayıb, oxusa da bu haqda məlumatım yoxudur, güman ki, yaxın ətrafı da bildirməyib. Onun öz oxuduğu qələm adamları var. Mənim isə oxuduğum qələm adamları içərisində, əlbəttə, Kamal müəllim də var. O, ziyalıdır…

Share: