İti yarışda uduzduğu üçün döyərək öldürdü,bişirib yeyəcəyini söylədi…

Çinli adam, it yarışları üçün satın aldığı tazı istədiyi nəticəni ala bilməyincə, zərərə uğradığı səbəbiylə heyvanı yerə vuraraq öldürdü, arxasından da bişirib yeyəcəyini söylədi.

Müstəqil.Az Moderator.az-a istinadən xəbər verir ki, Çinin şimalında yaşanan hadisədə cani adam itini yerə vura-vura, olduqca acımasız şəkildə öldürüb. Çox qəzəbli görünən adamın bu hərəkəti ölkədə böyük etiraza səbəb olub.
Cib telefonu ilə çəkilmiş şəkillərdə, adamın yarışda uduzan itini havaya qaldıraraq, bir neçə dəfə güclü zərbə ilə yerə çırpdığı görünür. İti yerə vura-vura söyüş söyən cani adam iti axşam yemək üçün bişirəcəyini də söyləyib.
Çinli adamın ölkənin ən böyük sosial media saytı olan “Weibo”ya yüklədiyi video qısa müddətdə 2,5 milyondan çox izlənilib.

Share: